Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Fərdi
9 May , 2024 20:43
Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Report"un məlumatına görə, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) olimpiya lisenziyasına sahib çıxıb.

Beləliklə, Azərbaycan olimpiadaya 22-ci lisenziyanı qazanıb.

Son xəbərlər

Orphus sistemi