Azərbaycanın daha 4 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycanın daha 4 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır İlk yarış günündə 1 qızıl, 1 gümüş medal əldə olunub
Fərdi
9 Mart , 2016 11:11
Azərbaycanın daha 4 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Bakı. 9 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında bu gün Azərbaycanın daha 4 təmsilçisi mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, pəhləvanlardan yarısı sərbəst, yarısı isə qadın güləşi növündə çıxış edəcək. 

53 kq

1/8 final. Anjela Doroqan - Nina Hemmer (Almaniya)

60 kq
1/4 final. Canan Manolova (Bolqarıstan) - Yuliya Ratkeviç

65 kq
1/16 final. Mikola Bolotnyuk (Slovakiya) - Ağahüseyn Mustafayev

97 kq
1/8 final. Şərif Şərifov - İvan Yankovski (Belarus)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (48 kq) qızıl, sərbəst güləşçi Aleksandr Qostiyev (86 kq) gümüş medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi