​Azərbaycanın daha 2 cüdoçusu Almatı Qran-prisində mübarizəyə qoşulacaq

​Azərbaycanın daha 2 cüdoçusu Almatı Qran-prisində mübarizəyə qoşulacaq Ölkə idmançıları 73 və 81 kq çəkidə mübarizə aparacaqlar
Fərdi
14 May , 2016 09:27
​Azərbaycanın daha 2 cüdoçusu Almatı Qran-prisində mübarizəyə qoşulacaq

Bakı. 14 may. REPORT.AZ/ Qazaxıstan paytaxtı Almatı şəhərində keçirilən cüdo üzrə Qran-pridə bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, artıq 81 kq çəkidə çıxış edən Azərbaycanın iki cüdoçusu mübarizəni dayandırıb.

Əbdülhəqq Rəsullu ilk mərhələdə fransalı Alain Skmittə məğlub olub. Ceyhun Babakişiyev isə gürcüstanlı Levan Quqavanı keçə bilməyib.

73 kq-da Vüqar Bayramov ispaniyalı Kiyoşi Uematsu ilə üz-üzə gələcək. Fəqan Quluzadənin rəqibi isə polşalı Damian Şarnovieçki olacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə qadın cüdoçu Aişə Qurbanlı (48 kq), kişilərdə isə Sadiq Məhərrəmov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov və İskəndər Talışınski (66 kq) məğlubiyyətlə üzləşib.

Son xəbərlər

Orphus sistemi