Azərbaycanın Batumidəki baş konsulu beynəlxalq turnirin azərbaycanlı iştirakçıları ilə görüşüb

Azərbaycanın Batumidəki baş konsulu beynəlxalq turnirin azərbaycanlı iştirakçıları ilə görüşüb Baş konsul: “Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə iştirakı ölkəmizdə idmanın yüksək səviyyədə inkişafından xəbər verir”
Fərdi
25 Oktyabr , 2016 16:49
Azərbaycanın Batumidəki baş konsulu beynəlxalq turnirin azərbaycanlı iştirakçıları ilə görüşüb

Tbilisi. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulluğunda bu şəhərdə keçirilən şahmat üzrə beynəlxalq turnirin azərbaycanlı iştirakçıları ilə görüş keçirilib.

Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna verilən məlumata görə, baş konsul Rəşad İsmayılov Azərbaycanda şahmatın uğurla inkişaf etdiyini vurğulayıb. 

O, 2009-cu ildə Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq olunan şahmatın inkişafına dair Dövlət Proqramının əhəmiyyətini xüsusi qeyd edib.

Diplomat 12 yaşlı yeniyetmə şahmatçıların bu çempionatda iştirakını Azərbaycanda idmanın inkişafının bariz nümunəsi kimi qiymətləndirib və yeniyetmələrə beynəlxalq turnirdə yüksək nailiyyətlər arzulayıb.

Sonra baş konsul yeniyetmə idmançılara hədiyyələr təqdim edib. 

Xatırladaq ki, Azərbaycan idmançıları bu çempionata "SOCAR Georgia" şirkətinin maliyyə dəstəyi ilə qatılıblar.

Dünya çempionatında 66 ölkədən olan 728 idmançı iştirak edir.

Son xəbərlər

Orphus sistemi