Azərbaycanın 2 qadın güləşçisi beynəlxalq turnirin finalına yüksəlib

Azərbaycanın 2 qadın güləşçisi beynəlxalq turnirin finalına yüksəlib Mariya Stadniklə Anjela Doroqanın həlledici qarşılaşmada rəqibi ukraynalılar olacaq
Fərdi
13 Fevral , 2016 17:59
Azərbaycanın 2 qadın güləşçisi beynəlxalq turnirin finalına yüksəlib

Bakı. 13 fevral. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirdə Azərbaycanın iki qadın güləşçisi finala yüksəlib. "Report"un məlumatına görə, bunlar Mariya Stadniklə Anjela Doroqandır.

48 kq çəki dərəcəsində yer alan Stadnik belaruslu Viktoriya Şevçukla ukraynalı Nataliya Pulkovskanı 10:0, daha bir həmyerlisi Mariya Georgiyevanı 11:0 hesabı ilə yenib. Onun həlledici qarşılaşmada da rəqibi ukraynalı olacaq. Bu, Aleksandra Kohutdur.

55 kq çəkidəki Doroqan isə mübarizəyə yarımfinaldan başlayıb. O, ukraynalı Valeriya Odintsovaya 6:0 hesabı ilə qalib gəlib və finalda daha bir yerli pəhləvan Tatyana Kitə rəqib olub. Bu çəkidə bürünc medal qarmılaşmasında Almaz İsmayılova digər ukraynalı İlona Prokepovnyukla qarşılaşacaq.

Daha bir bürünc medal görüşü 69 kq çəkidəki Gözəl Zutova ilə ukraynalı Katerina Burmitsova arasında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi