Bu gün Azərbaycanın 2 boksçusu dünya çempionatında final döyüşünə çıxacaq

Bu gün Azərbaycanın 2 boksçusu dünya çempionatında final döyüşünə çıxacaq Elvin Məmişzadə ilə Albert Səlimov kubalılarla qarşılaşacaq
Fərdi
15 Oktyabr , 2015 11:38
Bu gün Azərbaycanın 2 boksçusu dünya çempionatında final döyüşünə çıxacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bu gün Azərbaycanın 2 boksçusu final görüşə çıxacaq. "Report"un məlumatına görə, Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) qızıl medal uğrunda döyüşəcək. 

Hər iki boksçunun rəqibi kubalılar olacaq. E.Məmişzadə Yosbani Veytia ilə, A.Səlimov isə  Lazaro Alvareslə qarşılaşacaq. 

Son yarış günündə Azərbaycanın daha bir boksçusu rinqə çıxacaq. Pərviz Bağırov (69 kq) çinli Liu Ve ilə 3-cü yer uğrunda mübarizə aparacaq. Bağırovla Ve bürünc medalı və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı  təmin edib. Amma reqlament 3-cü yer uğrunda da görüşün keçirilməsini tələb edir. Bağırovdan əlavə, Məmişzadə ilə Səlimov da Rio-2016-ya lisenziya qazanıb.

Qeyd edək ki, Abdulqadir Abdullayev (91 kq) də dünya çempionatında bürünc medala yiyələnib. Bununla da Azərbaycanın boks üzrə milli komandası tarixdə ilk dəfə mundialda 4 medalı təmin edib. 3-cü yer uğrunda və final görüşləri Bakı vaxtı ilə saat 21:00-dan etibarən start götürəcək.

Son xəbərlər

Orphus sistemi