Azərbaycanın 11 boksçusu Bakıda keçirilən yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, yarışın üçüncü günündə daha 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub.
20 döyüşün yekununa əsasən ən azı bürünc medalı təmin edən 20 boksçunun adı dəqiqləşib.
Boks Mərkəzində təşkil olunan ənənəvi turnirin dördüncü günündə 20 görüş keçiriləcək.
1/4 final
46 kq
Rüstəm Şahbazov (Azərbaycan) – Emil İsmayılov (Gürcüstan) 3:2
Nursultan Duyşonaliyev (Qırğızıstan) – Ayxan Həsənov (Azərbaycan) 0:5
Aidos Ussenov (Qazaxıstan) – Hüseyn Quliyev (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Ramiz Danieli (Gürcüstan) – Nurassil Kaiyrqazi (Qazaxıstan) 4:1
48 kq
Mixail Paprotski (Belarus) – Nihad Qasımov (Azərbaycan) 0:5
Kərəm Qocayev (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) 0:5
Bexultan Xujamjar (Qazaxıstan) – Səid Aslanzadə (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Nihad Qasımov (Azərbaycan) – İmran Axundov (Azərbaycan) 5:0
50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Ceyhun Quliyev (Azərbaycan) 5:0
Umar Orujbayev (Qırğızıstan) – Ülvü Ələkbərov (Azərbaycan) 4:1
İsmayıl Rzayev (Azərbaycan) – Kərim Sultanov (Azərbaycan) 5:0
Beka Okruaşvili (Gürcüstan) – Yerdavlet Atoyov (Qazaxıstan) 0:5
57 kq
Kutmanbiy Muratov (Qırğızıstan) – Seyidəmir Quliyev (Azərbaycan) 5:0
Daniil Kalistav (Belarus) – Akjurek Kalabay (Qırğızıstan) 2:3
Tamerlan Əlimzanov (Azərbaycan) – Nihad Ağayev (Azərbaycan) 5:0
Şahin Aslanov (Azərbaycan) – Vasil Nikolayenko (Gürcüstan) 5:0
70 kq
Rza Rzayev (Azərbaycan) – Ülvi Novruzov (Azərbaycan) 5:0
Musa İbadov (Azərbaycan) – Nicat İmanov (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Nurassil Karimbek (Qazaxıstan) – Maksim Ribak (Belarus) 1:4
Umar İmanlı (Azərbaycan) – Mamuka Kakabadze (Gürcüstan) 0:5