Sentyabr ayında Azərbaycanda kompüter oyunları üzrə çempionat keçiriləcək

Sentyabr ayında Azərbaycanda kompüter oyunları üzrə çempionat keçiriləcək Çempionatın finalı sentyabrın 3-4-də "Badamdar" hotelində baş tutacaq
Fərdi
22 Avqust , 2016 12:12
Sentyabr ayında Azərbaycanda kompüter oyunları üzrə çempionat keçiriləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Sentyabrın 2-4-də Bakıda kompüter oyunları üzrə X milli çempionatı keçiriləcək.

Bu barədə "Report" Azərbaycan Kiberidman Federasiyasına istinadən xəbər verir.

Çempionat aşağıdakı oyunlar üzrə keçiriləcək: FIFA, "HearthStone", "Counter Strike: Global Offensive", "DOTA 2", "PointBlank", "League of Legends".

Yarışda iştirak məqsədilə qeydiyyatdan keçmək üçün son tarix 22 avqustdur. Çempionatın finalı sentyabrın 3-4-də "Badamdar" hotelində baş tutacaq.

Çempionat Azərbaycan Kiberidman Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi