Azərbaycan komandaları Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcək

Azərbaycan komandaları Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcək Əsas yığmaların rəqibləri Yunanıstan və Gürcüstandır
Fərdi
8 Sentyabr , 2016 09:57
Azərbaycan komandaları Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Yunanıstanla qarşılaşacaq.

İkinci komanda Rumıniyanı sınağa çəkəcəyi halda, üçüncü yığma Qana ilə üz-üzə gələcək. Favoritlərdən Hindistan və Hollandiya, ABŞ və Ukrayna, Rusiya və Almaniya, Çin və Argentina, Gürcüstan və Çexiya şahmatçıları üz-üzə gələcək.

5 turdan sonra kişilərdən ibarət əsas milli 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik Azərbaycanın ikinci komandası 11-ci, 4 xalı olan üçüncü yığma isə 99-cudur. Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir.

Qadınlardan ibarət əsas yığmanın VI turdakı rəqibi Gürcüstandır. İkinci milli Çexiyanı, üçüncü komanda isə Çilini sınağa çəkəcək. Qadınlardan ibarət əsas milli 5 turdan sonra 9 xalla beşinci pillədə qərarlaşıb. Aktivində 6 xal olan ikinci komanda 39-cu, 5 xal olan üçüncü yığma isə 61-ci yeri tutur. Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas milli kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.

Qadınların yarışında qarşıdakı turda əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa isə Vyetnamla görüşəcək.

Qeyd edək ki, sentyabrın 7-də Olimpiadada istirahət günü olub. Yarışlara sentyabrın 14-də yekun vurulacaq.

Ümumdünya Şahmat Olimpiadası

VI tur

Kişilər

Yunanıstan - Azərbaycan1

Dimitrios Mastrovasilis (2601) - Şəhriyar Məmmədyarov (2761)

Hristos Banikas (2571) - Teymur Rəcəbov (2722)

Athanasios Mastrovasilis (2555) - Arkadi Naydiç (2696)

Stelios Halkias (2565) - Eltac Səfərli (2688)

Rumıniya - Azərbaycan2

Konstantin Lupulesku (2618) - Vasif Durarbəyli (2612)

Mirkea Parliqras (2595) - Nicat Abbasov (2552)

Boqdan Deak (2524) - Qədir Hüseynov (2625)

Marin Mihail (2572) - Namiq Quliyev (2577)

Qana - Azərbaycan3

Frankis Anquandah (1951) - Vüqar Əsədli (2406)

Con Haşford (1970) - Abdulla Qədimbəyli (2294)

Jozef Jamena (1992) - Məhəmməd Muradlı (2331)

Edvard Thompson (1889) - Pərviz Qasımov (2323)

Qadınlar

Gürcüstan - Azərbaycan1

Nana Dzaqnidze (2522) – Zeynəb Məmmədyarova (2295)

Lela Javakhişvili (2486) - Nərmin Məmmədzadə (2361)

Nino Batsiaşvili (2474) - Gülnar Məmmədova (2304)

Melia Salome (2419) - Nərmin Kazımova (2302)

Azərbaycan2 - Çexiya

Türkan Məmmədyarova (2304) - Joanna Vorek (2360)

Xəyalə Abdullayeva (2214) - Kristina Havlikova (2271)

Nərmin Xələfova (2219) - Olqa Sikorova (2234)

Ülviyyə Fətəliyeva (2234) - Tereza Rodştein (2230)

Azərbaycan3 - Çili

Nərmin Məmmədova (2230) - Qonza Abarka (2092)

Xanım Balacayeva (2147) - Qomez Barrera (2027)

Gövhər Beydullayeva (1994) - Kabella Jorquera (2019)

Aynur Katanova (1784) - Fuentes İnzu (1840)

Qeyd edək ki, görüşlər saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi