Azərbaycan yığmasının baş məşqçisi: "Hazır olimpiya çempionumuz var"

Azərbaycan yığmasının baş məşqçisi: "Hazır olimpiya çempionumuz var" Semyon Çterev: "Azərbaycandakı şərait Bolqarıstandakı ilə müqayisəyəgəlməzdir"
Fərdi
22 Yanvar , 2016 09:33
Azərbaycan yığmasının baş məşqçisi: Hazır olimpiya çempionumuz var

Bakı. 22 Yanvar. REPORT.AZ/ "Azərbaycanda şərait çox yaxşı, hətta vətənim Bolqarıstandakı ilə müqayisəyəgəlməzdir". "Report"un məlumatına görə, bunu Azərbaycanın qadın güləşi üzrə milli komandasının baş məşqçisi Semyon Çterev "Meridian Matç"a müsahibəsində deyib.

O bildirib ki, rəhbərliyi altında çalışanlar arasında olimpiya çempionu olmağa qadir pəhləvan var: "Hələlik qadın güləşində 3 lisenziyaya malikik. Daha çox vəsiqə qazanacağımıza ümidvaram. Bizim olimpiya çempionu olmağa hazır qadın güləşçimiz var".

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qadın güləşi növündə lisenziyaları Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq) qazanıb. Qarşıdakı təsnifat yarışlarında bu növdə daha 3 vəsiqə şansı var. Əvvəlki olimpiadalarda "Pekin-2008"də Mariya Stadnik bürünc. London-2012-də isə Mariya Stadnik gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi