Azərbaycan yığması Avropa çempionatı öncəsi ciddi itki ilə üzləşib

Azərbaycan yığması Avropa çempionatı öncəsi ciddi itki ilə üzləşib 4 qat dünya və 4 qat Avropa çempionu xəstələndiyi üçün heyətdən çıxarılıb
Fərdi
30 Aprel , 2015 15:48
Azərbaycan yığması Avropa çempionatı öncəsi ciddi itki ilə üzləşib

Bakı. 30 aprel. REPORT.AZ/ Mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək kayak və kanoe üzrə Avropa çempionatı öncəsi Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. 

"Report"un məlumatına görə, əsas medal ümidlərindən sayılan kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko xəstələndiyi üçün heyətdən çıxarılıb.

Hazırda müalicə alan 32 yaşlı idmançını gənc Nikita Sablin əvəzləyib. Sablin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatında Azərbaycanı Nikita Sablindən əlavə, Anatoli Melnik və Sergey Bezuqlıy - Aleksey Kupin dueti kanoe, İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov kayak növündə təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi