Azərbaycan velosipedçisi dünya çempionatında tarixi nəticə göstərib

Azərbaycan velosipedçisi dünya çempionatında tarixi nəticə göstərib Sergey Omelçenko 7-ci yeri tutub
Fərdi
7 Mart , 2016 13:29
Azərbaycan velosipedçisi dünya çempionatında tarixi nəticə göstərib

Bakı. 7 mart. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonda velosiped idmanının trek növü üzrə dünya çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, milli üzvü Sergey Omelçenko olimpiya növü olan keyrində 7-ci yeri tutub.

Bununla da Omelçenko dünya çempionatları tarixində Azərbaycan adına ən yüksək nəticəyə imza atıb.

Reqlamentə əsasən, ilkin mərhələdə 7 idmançı arasında finiş xəttini 2-ci keçən velosipedçi birbaşa yarımfinala vəsiqə qazansa da, finalın 6 iştirakçısı sırasında yer ala bilməyib. Bununla belə, Omelçenko 7-ci yer uğrunda mübarizədə digər 5 rəqibini qabaqlamağı bacarıb.

Qeyd edək ki, dünya çempionatının keyrin növündə planetin 25 ən güclü idmançısı mübarizə aparıb. Qadınlar arasında 200 metr məsafəyə sprint növündə çıxış edən Azərbaycan yığmasının digər üzvü Olqa İsmaylova 33 iştirakçı arasında 18-ci olub.

Son xəbərlər

Orphus sistemi