Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın trek velosipedi üzrə yığma komandası Portuqaliyada Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Troféu CAR Anadia” turnirində 2 qızıl və 1 bürünc qazanıb. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda qızıl medallara Olqa İsmayılova sahib olub.
O, həm 200 metr, həm də 500 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Bürünc medalı isə 18 yaşlı Nicat Niftəliyev 200 metr məsafəyə sprint yarışında əldə edib.
Qeyd edək ki, “Troféu CAR Anadia”da 10 ölkənin 100-dən artıq idmançısı mübarizə aparıb.