Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanın üzgüçülük üzrə milli komandası "
Məlumatda bu yaxınlarda Bаnskа Bistritsаda keçirilən üzgüçülük üzrə lisenziya xarakterli beynəlxalq turnirdə Azərbaycan idmançılarının yaxşı nəticələr göstərdikləri bildirilib.
Milli komandanın üzvü Boris Kirilov 50 və 100 metr məsafədə arxası üstə üzmə üsulunda qızıl medala, eyni üsulda 200 metr məsafəyə üzmədə isə gümüş medala sahib olub. Bundan başqa, I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək milli komandanın üzvü Qriqoriy Kalinskiy 100 metr məsafədə arxası üstə üzmə üsulunda bürünc medala layiq görülüb. Milli komandamızın qadın üzgüçüləri arasında isə Yulya Tsenyuk 100 metr məsafədə arxası üstə üzmə üsulunda, Alsu Bayramova isə 200 metr batrfley üsulu ilə üzmədə bürünc medallara sahib olublar.
Federasiyadan oun da bildiriblər ki, Slovakiyada təlim-məşq toplanışı başa çatdıqdan sonra üzgüçülər aprelin 17-də Çexiyanın Ostrava şəhərində təşkil olunacaq lisenziya xarakterli beynəlxalq turnirə yollanacaqlar.