Azərbaycan taekvondoçuları Rusiyadan 5 medalla qayıdır

Azərbaycan taekvondoçuları Rusiyadan 5 medalla qayıdır Əliəsgər Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
24 Sentyabr , 2016 12:13
Azərbaycan taekvondoçuları Rusiyadan 5 medalla qayıdır

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət yığma komandası Moskvada keçirilən "Russian Open" turnirində 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən sayca 6-cı G2 dərəcəli yarış Moskvanın “Dostluq” idman arenasında təşkil olunub. 

Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (68 kq) finalda rusiyalı rəqibini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Cavid Məmmədov (48 kq) və Mehriban Məmmədova (42 kq) gümüş, Aliyə Zeynalova (44 kq) və Leyla Məmmədova (49 kq) bürünc medala sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi