Azərbaycan Taekvondo Federasiyasında yeni təyinatlar olub

Azərbaycan Taekvondo Federasiyasında yeni təyinatlar olub Sabiq baş məşqçi icraçı direktor təyin olunub
Fərdi
3 Yanvar , 2015 15:10
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinatlar olub

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasında (ATF) I vitse-prezident Nağı Səfərovun sədrliyi ilə iclas keçirilib. "Report"un məlumatına görə, toplantıda federasiya rəhbərliyinə və məşqçilər heyətinə yeni təyinatlar açıqlanıb. 

Azərbaycanın kişilərdən ibarət milli komandasının sabiq baş məşqçisi Ələkbər İmaməliyevə ATF-in icraçı direktoru vəzifəsi həvalə olunub. Yığmanın yeni baş məşqçisi qismində iranlı Rza Mehmandost təsdiqlənib. Bu komandada böyük məşqçi vəzifəsi isə Elnur Amanova tapşırılıb. 

Qeyd edək ki, iclasda taekvondonun regionlardakı vəziyyəti də müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi