Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar

Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda mükafat qazanıblar.
Fərdi
17 Aprel , 2024 09:50
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar.

Bu barədə "Report"a federasiyadan məlumat verilib.

15 yaşadək stolüstü tennisçilərdən ibarət millimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında çıxış edib.

Qazaxıstan yığması birinci, Türkiyə ikinci yeri tutub.

Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi