Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan samboçuları Mərakeşin Kasablanka şəhərində keçirilmiş dünya çempionatını 3 gümüş medalla başa vurub. "Report"un məlumatına görə, sonuncu yarış günündə Cavidan Qarayev də fəxri kürsüyə qalxıb.
62 kq çəki dərəcəsində çıxış edən Qarayev finalda belaruslu İvan Aniskeviçə yenilib.
Qeyd edək ki, digər medallara Emil Həsənov (68 kq) və Amil Qasımov (74 kq) sahib çıxıb.