Azərbaycan samboçuları Dünya Kubokunu 8 medalla başa vurub

Azərbaycan samboçuları Dünya Kubokunu 8 medalla başa vurub Mövlud Mirəliyev bürünc medala sahib olub
Fərdi
30 Mart , 2015 10:00
Azərbaycan samboçuları Dünya Kubokunu 8 medalla başa vurub

Bakı. 30 mart. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş Dünya Kubokunun son günündə Azərbaycan samboçuları daha 2 medal qazanıblar. "Report"un məlumatına görə, medallardan birini 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdo növündə bürünc medala sahib olmuş Mövlud Mirəliyev əldə edib.

M.Mirəliyev idman sambosu növündə də 100 kq çəki dərəcəsində eyni nəticəni göstərib. Digər medalı isə döyüş sambosu növündə Elnur Əhmədov aktivinə yazdırıb. E.Əhmədov 62 kq çəkidə bürünc medala yiyələnib. Beləliklə, Azərbaycan samboçuları Dünya Kubokunu 1 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurublar. 

Qeyd edək ki, daha öncə idman sambosu növündə Amil Qasımov (74 kq) qızıl, Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq), Elmuraz Qasımov (100 kq) və döyüş sambosu növündə Kənan Qasımov (90 kq) bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi