Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov FİDE "Qran-pri"sində 2-ci yeri tutub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov FİDE "Qran-pri"sində 2-ci yeri tutub Teymur Rəcəbov isə 8-ci yerlə kifayətlənib
Fərdi
3 Noyabr , 2014 17:36
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov FİDE Qran-prisində 2-ci yeri tutub

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanın paytaxtı Daşkəntdə keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) "Qran-pri" turnirinin 2-ci mərhələsində ikinci yeri tutub. Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, Məmmədyarov 10 şahmatçının qatıldığı turnirdə 6,5 xal toplayıb. 

Eyni miqdarda xal yığan ABŞ təmsilçisi Hikaru Nakamura 3-cü yerin sahibi olub. Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə 5,5 xalla 8-ci yerlə kifayətlənib. 

Qeyd edək ki, FİDE "Qran-pri"sinin qalibi adına 11 mümkün xaldan aktivinə 7 xal yazan Rusiya təmsilçisi Dmitri Andreykin yiyələnib. 

Son xəbərlər

Orphus sistemi