Azərbaycan şahmatçılarının olimpiadadakı ilk rəqibləri müəyyənləşib

Azərbaycan şahmatçılarının olimpiadadakı ilk rəqibləri müəyyənləşib 6 komandadan 4-ü ilk görüşünü qara fiqurlarla keçirəcək
Fərdi
2 Sentyabr , 2016 10:19
Azərbaycan şahmatçılarının olimpiadadakı ilk rəqibləri müəyyənləşib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

"Report"un məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.

Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi Zimbabve və Mozambiklə, üçüncüsü Papua Yeni Qvineya ilə üz-üzə gələcək. Qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar.

Bakı Kristal Zalında keçiriləcək görüşlərə saat 15:00-da start veriləcək.

Ümumdünya Şahmat Olimpiadası, I tur

Kişilər

Azərbaycan1 - Zimbabve - 0:0

Şəhriyar Məmmədyarov - Rodvell Makoto

Teymur Rəcəbov - Faray Mandija

Arkadi Naydiç - Spenser Masanqo

Eltac Səfərli - Emarald Takudzva Muşore

Azərbaycan2 - Mozambik - 0:0

Vasif Durarbəyli - Matyuş Felizardo Viageyro Alise

Nicat Abasov - Uilton İnasio Kalikoka

Qədir Hüseynov - İlidio Alberto Çunquane

Namiq Quliyev - Donaldo Payva

Papua Yeni Qvineya - Azərbaycan3 - 0:0

Stürt Fensi - Vüqar Əsədli

Helmut Marko - Nail Bəşirli

Helmut Jr Marko - Məhəmməd Muradlı

Kreyq Skehan - Pərviz Haşımov

Qadınlar

Nikaraqua - Azərbaycan1 - 0:0

Katya Mendyeta - Zeynəb Məmmədyarova

Maria Ester Qranados Dias - Gülnar Məmmədova

Pamela Alarkon - Aydan Höccətova

Maria Moraqa - Nərmin Kazımova

Yaponiya - Azərbaycan2 - 0:0

Miray İşizuka - Türkan Məmmədyarova

Karen Hoşino - Xəyalə Abdulla

Azumi Sakay - Ülviyyə Fətəliyeva

Misaki Şibata - Nərgiz Umudova

Lesoto - Azərbaycan3 - 0:0

Maboloko Leboela - Nərmin Məmmədova

Tiisetso Hatane - Xanım Balacayeva

Nqatane Liketsenq - Gövhər Beydullayeva

Mkferson Naleli - Aynur Katanova  

Son xəbərlər

Orphus sistemi