Azərbaycan qadın şahmatçıları Avropa çempionatında mübarizəni davam etdirir

Azərbaycan qadın şahmatçıları Avropa çempionatında mübarizəni davam etdirir İsveçrə sistemi ilə 11 turdan ibarət olan yarışda 27 ölkədən 67-si qrossmeyster olmaqla, 112 şahmatçı mübarizə aparır
Fərdi
2 İyun , 2016 14:01
Azərbaycan qadın şahmatçıları Avropa çempionatında mübarizəni davam etdirir

Buxarest. 2 iyun. REPORT.AZ/ Rumıniyanın Mamaya şəhərində şahmat üzrə qadınlar arasında XVII Avropa çempionatı keçirilir.

"Report"un Şərqi Avropa müxbiri xəbər verir ki, yarışda Azərbaycanı 9 qadın şahmatçı təmsil edir.

Turnir cədvəlinə 6 turdan sonra 5 xalla vahid lider bolqarıstanlı qrossmeyster Antoaneta Stefanova başçılıq edir. Azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni 3,5 xalla qrossmeysterlər Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Gülnar Məmmədova göstərməklə turnir cədvəlinin 31-46-cı yerlərində qərarlaşıblar. Digər şahmatçılarımızdan Xəyalə Abdulla, Nərmin Kazımova və Aydan Höccətova aktivlərinə 3 xal, Türkan Məmmədyarova və Nərmin Xələfova 2,5 xal, Ülviyyə Fətəliyeva isə 2 xal yazdıra bilib.

Qeyd edək ki, Avropa çempionatı Rumıniya Şahmat Federasiyasının təşkilatçılığı, Rumıniya Gənclər və İdman Nazirliyi və Konstanta şəhər meriyasının dəstəyi ilə mayın 26-dan start götürüb, iyunun 8-dək davam edəcək. İsveçrə sistemi ilə 11 turdan ibarət olan yarışda 27 ölkədən 67-si qrossmeyster olmaqla, 112 şahmatçı mübarizə aparır. Çempionatın əsasnaməsinə görə, ilk 14 yeri tutan şahmatçılar dünya çempionatına vəsiqə qazanacaqlar. 

Son xəbərlər

Orphus sistemi