Avropa çempionatı: Azərbaycanın daha bir parataekvondoçusu medal qazanıb

Avropa çempionatı: Azərbaycanın daha bir parataekvondoçusu medal qazanıb Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.
Fərdi
14 Avqust , 2023 19:44
Avropa çempionatı: Azərbaycanın daha bir parataekvondoçusu medal qazanıb

Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Röyalə Fətəliyeva finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.

18:12

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan paracüdoçuları qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi