Azərbaycan klubunun rəsmisi "Old Trafford" stadionunda keçirilən toplantıya qatılıb

Azərbaycan klubunun rəsmisi "Old Trafford" stadionunda keçirilən toplantıya qatılıb AİBA-nın toplantısında vacib məsələlər müzakirə olunacaq
Fərdi
24 Fevral , 2016 16:59
Azərbaycan klubunun rəsmisi Old Trafford stadionunda keçirilən toplantıya qatılıb

Bakı. 24 fevral. REPORT.AZ/ İngiltərənin Mançester şəhərindəki məhşur “Old Trafford” stadionunda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) komissiyalarının toplantısı keçirilir. "Report"un məlumatına görə, iclasda Azərbaycanı “Baku Fires” klubunun baş direktoru, AİBA WSB komissiyasının üzvü Rizvan Gənciyev təmsil edir.

Ali boks qurumunun 8 komissiyasını (AİBA Pro Boxing, idmançılar və gənclər, məşqçilər, tibb, hakimlər, qadın boksu, WSB, texniki komissiya) təmsil edən 100-dən çox üzvü bir sıra məsələləri müzakirə edir. Tədbir iştirakçılarını salamlayan AİBA prezidenti Çinq Kuo Vu 2016-cı ilin boks ailəsi üçün əlamətdar olduğunu bildirib: “Bu il AİBA-nın yaranmasının 70 illiyi tamam olur. Biz yubiley ilində boksun bütün sahələrində ciddi uğurlar qazanmalıyıq”. 

Toplantıda WSB Liqası, AİBA Pro Boxing turnirləri ilə bağlı bir sıra vacib məsələlərin müzakirəsi gözlənilir. AİBA Beynəlxalq Olimpiya Komitəsindən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boksçuların baş geyimi ilə iştirak edib-etməyəcəyinə dair cavab gözləyir. Bundan başqa, boksçuların böyüklər arasındakı yarışlarda indiki kimi 19 deyil, 18 yaşından iştirakları da müzakirə olunur. 

Son xəbərlər

Orphus sistemi