​Azərbaycan kikboksçusu nokautla qalib gəlib

​Azərbaycan kikboksçusu nokautla qalib gəlib Ehtiram Rzayev rumın rəqibinə aman verməyib
Fərdi
1 Aprel , 2015 07:37
​Azərbaycan kikboksçusu nokautla qalib gəlib

Bakı. 1 aprel. REPORT.AZ/ Tatarıstanın paytaxtı Kazanda TNA qaydaları üzrə "Tatneft Kuboku-2015" turnirinin 1/8 final mərhələsinin 4-cü turunun döyüşləri keçirilib.

"Report" xəbər verir ki, yarış günündə ümumilikdə üç çəki dərəcəsi üzrə altı döyüş baş tutub.

Yarışda Azərbaycanı təmsil edən Ehtiram Rzayev 80 kq. çəki dərəcəsində mübarizə aparıb. İdmançımızın rəqibi rumıniyalı Çipriana Şiopu olub. Rəqibini nokauta salan həmyerlimiz yarışın 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Eyni çəki dərəcəsində baş tutan digər qarşılaşmada britaniyalı Ceyms Beyts Vladimir İdraniyə (Slovakiya) qalib gəlib.

24 idmançının vəsiqə qazandığı 1/4 final qarşılaşmaları 29 aprel və 29 may tarixlərində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi