​Azərbaycan kikboksçuları dünya çempionatında 7 medalı özlərinə təmin ediblər

​Azərbaycan kikboksçuları dünya çempionatında 7 medalı özlərinə təmin ediblər Bu, Belqradda keçirilmiş yarımfinal görüşlərindən sonra məlum olub
Fərdi
31 Oktyabr , 2015 02:57
​Azərbaycan kikboksçuları dünya çempionatında 7 medalı özlərinə təmin ediblər

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan kikboksçuları Serbiyanın paytaxtı Belqradda davam edən dünya çempionatında 7 medalı özlərinə təmin ediblər.

"Report" xəbər verir ki, bu, 29-30 oktyabrda keçirilmiş yarımfinal görüşlərindən sonra məlum olub.

Lou-kik üslubunda döyüşən yığma üzvlərindən Çingiz Əhmədzadə (51 kq) rusiyalı Anton Salçaka 1:2, Ramiz Məmmədov (54 kq) mərakeşli İssam Buqadirə 0:3, Zöhrab Qədimov (60 kq) rusiyalı Artyom Jiqaylova 1:2 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib. Əvəzində Ramal Aslanov (71 kq) serbiyalı Aleksandr Topiçi 3:0 hesabı ilə yenərək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Şamil Həsənbəyov olacaq.

K-1 üslubunda döyüşən Anar Məmmədovla (51 kq) Elşad İsgəndərov (54 kq), eləcə də kik-layk üslubunda çıxış edən Ehram Məcidov (+94 kq) da adını finala yazdırıb. Yarımfinalda Məmmədov rusiyalı Aleksey Spirini yenib - 2:1. Qızıl medal uğrunda görüşdə onun rəqibi ukraynalı Aleksey Serdyuk olacaq. İsgəndərov madaqaskarlı Conni Rakotondrab Loranı 2:1 hesabı ilə yendikdən sonra həlledici görüşdə türkiyəli Söner Şenə rəqib olub. Nəhayət, Məcidov ukraynalı əslən erməni Sergey Ovsepyana heç bir şans verməyib - 3:0. Onun son rəqibi polşalı Mixal Blavceviç olacaq.

Final görüşləri bu gün olacaq. Nəticədən asılı olmayaraq, həlledici qarşılaşmada iştirak hüququ qazanmış kikboksçuların ən azı gümüş medal əldə edəcəkləri dəqiqdir.

Qeyd edək ki, Azərbaycanın ən titullu kikboksçusu Eduard Məmmədov kik-layk üslubunda ənənəvi 60 kq yox, 63 kq çəki dərəcəsində döyüşə çıxıb. O, elə ilk qarşılaşmadaca fransalı Alan Berruya 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi