Azərbaycan idmançısı Universiadada qızıl medal qazanıb

Azərbaycan idmançısı Universiadada qızıl medal qazanıb Hanna Skidan ölkənin aktivinə 2-ci medalı yazdırıb
Fərdi
11 İyul , 2015 15:57
Azərbaycan idmançısı Universiadada qızıl medal qazanıb

Bakı.11 iyul. Report.az/ Cənubi Koreyanın Qvandju şəhərində keçirilən XXVIII Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb. "Report"un məlumatına görə, atletikanın çəkic atma növündə çıxış edən Hanna Skidan qızıl medala sahib olub. 

70,67 metr nəticə göstərən 23 yaşlı idmançı ən yaxın rəqibi polşalı Yoanna Fyodorovu 0,98 sm geridə qoyub. Bürünc medala isə 67,54 m nəticə ilə yeni zelandiyalı Julia Ratkliff sahib çıxıb. 

Bununla da Azərbaycanın aktivindəki medalların sayı 2-yə çatıb. Daha öncə cüdoçu Hüseyn Rəhimli 73 kq çəki dərəcəsində bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi