​Azərbaycan idmançısı peşəkar kikboksinq turnirində iştirak edəcək

​Azərbaycan idmançısı peşəkar kikboksinq turnirində iştirak edəcək Ramiz Məmmədov 57 kq. çəkidə döyüşəcək
Fərdi
15 Sentyabr , 2015 00:30
​Azərbaycan idmançısı peşəkar kikboksinq turnirində iştirak edəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiyanın Anapa şəhərində peşəkar kikboksiq turniri (ASV KV-2) keçiriləcək.

"Report" "MMAboxing" internet nəşrinə istinadən xəbər verir ki, yarış sentyabrın 22-də təşkil olunacaq.

Azərbaycanı turnirdə Ramiz Məmmədov təmsil edəcək. 57 kq. çəkidə döyüşəcək R.Məmmədovun rəqibi rusiyalı Pasxayev Buvaysar olacaq. Döyüş reytinq xarakterli olacaq.

Son xəbərlər

Orphus sistemi