Azərbaycan idmançıları Tbilisidə Avropa Gənclərinin Olimpiya Festivalında mübarizəyə başlayıblar

Azərbaycan idmançıları Tbilisidə Avropa Gənclərinin Olimpiya Festivalında mübarizəyə başlayıblar Festivalda 50 ölkədən 3500 idmançı mübarizə aparır
Fərdi
27 İyul , 2015 11:12
Azərbaycan idmançıları Tbilisidə Avropa Gənclərinin Olimpiya Festivalında mübarizəyə başlayıblar

Bakı. 27 iyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF 2015) start götürüb. "Report"un məlumatına görə, festivalda 50 ölkədən 3500 idmançı mübarizə aparır.

Azərbaycanı idman gimnastikası, atletika, velosiped idmanı, cüdo, tennis, üzgüçülük növlərində üst-üstə 36 idmançı təmsil edir. "EYOF 2015"in proqramına isə ümumilikdə 9 idman növü salınıb. Festival avqustun 1-dək davam edəcək.  

Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 26-da keçirilib. 

Son xəbərlər

Orphus sistemi