Azərbaycan idmançıları Avropa Gənclərinin Olimpiya Festivalında 3 medal qazanıb - FOTO

Azərbaycan idmançıları Avropa Gənclərinin Olimpiya Festivalında 3 medal qazanıb - FOTO Festivala avqustun 1-də yekun vurulacaq
Fərdi
29 İyul , 2015 01:33
Azərbaycan idmançıları Avropa Gənclərinin Olimpiya Festivalında 3 medal qazanıb - FOTO

Bakı. 29 iyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Gənclərinin Olimpiya Festivalının ikinci günündə Azərbaycan idmançıları 3 medal qazanıb. "Report"un məlumatına görə, həmin medalları cüdoçular əldə ediblər.

Qızlar arasında 40 kiloqram çəki dərəcəsində yer alan Şəfəq Həmidova keçirdiyi 3 görüşün hamısını qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici görüşdə o, rusiyalı Anastasiya Kuterinanı da yenərək, XIII Avropa Gənclər Olimpiya Festivalında cüdoçular arasında qızıl medal qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.

Digər cüdoçumuz Kəramət Hüseynov da mübarizəyə uğurla başlayıb. O, 55 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək finala qədər irəliləyib. Amma o, həlledici qarşılaşmada moldovalı İon Mitayevə uduzaraq gümüş medala sahib olub.

Nəhayət, 50 kq çəkidəki İbrahim Bayramlı üçün ilk görüş uğurlu alınmasa da, təsəlliverici qarşılaşmaların yekununda o, bürünc medal qazanıb.

Qeyd edək ki, festivala avqustun 1-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi