Azərbaycan güləşçisi Hərbçilərin VI Dünya İdman Oyunlarında bürünc medal qazanıb

Azərbaycan güləşçisi Hərbçilərin VI Dünya İdman Oyunlarında bürünc medal qazanıb Bu, 5-ci medal olub
Fərdi
6 Oktyabr , 2015 14:55
Azərbaycan güləşçisi Hərbçilərin VI Dünya İdman Oyunlarında bürünc medal qazanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Mungyeong şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında çıxış edən Azərbaycan komandası daha bir medal qazanıb. "Report"un məlumatına görə, sərbəst güləş yarışlarının ilk günündə 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev bürünc medala sahib olub. 

O, əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda rusiyalı Maqomed Kurbanaliyevə (1:3) hesabı ilə uduzan Mustafayev bürünc medal uğrunda təsəlliverici görüşdə ukraynalı Vasil Şuptarla görüşü qalib tamamlayaraq (5:0), fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 

57 kq çəkidəki Ruslan Qasımov isə ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçi bürünc medal görüşünə çıxıb. Lakin hindistanlı Manqal Kadyanla görüşü də uduzan (4:11) Qasımov 5-ci olub. 

Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaq. 

Qeyd edək ki, bu, Azərbaycanın Hərbçilərin VI Dünya İdman Oyunlarında 5-ci medalı olub. Daha öncə cüdoçular 1 gümüş, 3 bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi