Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb Kamran Məmmədov gümüş, Murad Məmmədov və Sənan Əlimirzəyev isə bürünc medala yiyələnib
Fərdi
23 Sentyabr , 2016 19:14
Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında qızıl medal qazanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan güləşçisi Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 71 kq çəkidə çıxış edən Həsən Əliyev finalda Rusiya idmançısı Adam Kuraka 3:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə sahib çıxıb.

66 kq çəkidə çıxış edən Kamran Məmmədov rusiyalı A.Kiankinə finalda məğlub olaraq gümüş medal əldə edib.

59 kq-da Murad Məmmədov ukraynalı L.Miakgildən üstün olub və bürünc medala layiq görülüb.

75 kq çəkidə Sənan Əlimirzəyev isə almaniyalı A.Juretzko ilə görüşdən qalib ayrılaraq bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi