​Azərbaycan güləşçiləri "Qitələrarası Kubok"da 3 medal qazanıb

​Azərbaycan güləşçiləri "Qitələrarası Kubok"da 3 medal qazanıb Dağıstanda 1 gümüş, 2 bürünc medal əldə olunub
Fərdi
19 Oktyabr , 2015 11:41
​Azərbaycan güləşçiləri Qitələrarası Kubokda 3 medal qazanıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçirilən sayca 7-ci "Qitələrarası Kubok" beynəlxalq turnirində 1 gümüş, 2 bürünc medal qazanıb. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərdən Roman Bəkirov (97 kq) finalda Rusiya güləşçisi Axmed Batayevə uduzub.

Eyni çəkidə Aslanbek Alborov və Hacımurad Məhəmmədsəidov (86 kq) bürünc medalla kifayətləniblər. 

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib. 

Son xəbərlər

Orphus sistemi