​Azərbaycan güləşçiləri dünya çempionatında 5 medal qazanıb

​Azərbaycan güləşçiləri dünya çempionatında 5 medal qazanıb Medallardan 4-ü qızıl, 1-i bürüncdür
Fərdi
17 Avqust , 2015 11:47
​Azərbaycan güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. "Report"un məlumatına görə, Azərbaycan pəhləvanları yarışı 4 qızıl və 1 bürünc medalla başa vurub.

Nurməhəmməd Hacıyev (96 kq), Mahir Əmiraslanov (55 kq), Teymur Məmmədov (66 kq) və Səid Həmidov (120 kq) qızıl, Arif Hüseynov (50 kq) isə bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi