Azərbaycanın güləş yığmasına bolqarıstanlı legioner cəlb olunub

Azərbaycanın güləş yığmasına bolqarıstanlı legioner cəlb olunub Elis Manolova Bakıda 5 qat dünya çempionu ilə birgə məşq edir
Fərdi
12 Fevral , 2015 11:00
Azərbaycanın güləş yığmasına bolqarıstanlı legioner cəlb olunub

Bakı. 12 fevral REPORT.AZ/ Azərbaycanın qadın güləşi üzrə milli komandasına bolqarıstanlı legioner cəlb olunub. "Report"un "sportal.bg"yə istinadən verdiyi məlumata görə, bu, Elis Manolovadır.

19 yaşlı idmançı ilə birgə atası və şəxsi məşqçisi Filip Manolov da Bakıya gəlib. F.Manolov daha öncə Bolqarıstan millisində köməkçi-məşqçi vəzifəsində çalışıb. Onun qızı isə əvvəllər yeniyetmələr arasında dünya çempionatında 65 kq çəki dərəcəsində 5-ci yeri tutub. Sonradan E.Manolova vətəndaşlığını dəyişdirmək üçün 2 ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən 3 yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin C.Manolova öz ölkəsində qalmağa qərar verib.

Qeyd edək ki, Elis Manolova Bakıda hazırlıq keçən bolqarıstanlı 5 qat dünya çempionu Stanka Zlatevanın təcrübəsindən yararlanır. S.Zlatevanın şəxsi məşqçisi Semyon Şterev isə həm də Azərbaycanın qadın güləşi üzrə millisinin baş məşqçisidir.  

Son xəbərlər

Orphus sistemi