Azərbaycan Güləş Federasiyasına yeni baş katib təyin olunub

Azərbaycan Güləş Federasiyasına yeni baş katib təyin olunub Əjdər Cəfərov vəzifəsindən azad olunub
Fərdi
3 Fevral , 2016 18:07
Azərbaycan Güləş Federasiyasına yeni baş katib təyin olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov tutduğu vəzifədən azad edilib. "Report"un məlumatına görə, bu barədə federasiyanın prezidenti Fazil Məmmədov əmr verib. 

Əmrə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

Qeyd edək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Hokkey Federasiyasında çalışıb. 

Son xəbərlər

Orphus sistemi