Azərbaycan güləşçiləri Antalyada keçirilmiş beynəlxalq turnirdə 9 medal qazanıb

Azərbaycan güləşçiləri Antalyada keçirilmiş beynəlxalq turnirdə 9 medal qazanıb Medallardan 3-ü qızıl, 2-si gümüş, 4-ü bürünc olub
Fərdi
25 May , 2015 10:50
Azərbaycan güləşçiləri Antalyada keçirilmiş beynəlxalq turnirdə 9 medal qazanıb

Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə həsr olunan sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir başa çatıb. "Report"un məlumatına görə, yarışın son günündə Azərbaycan güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıb.

Gənc qızların mübarizəsində Səbirə Əliyeva (72 kq) qızıl medala sahib olub. Final qarşılaşmasında o, Rusiyadan olan rəqibini üstələyib. Yunan-Roma güləşçisi Kərim Cəfərov (60 kq) isə bürünc mükafatçı olub. Ümumilikdə Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 4 bürünc medala yiyələnib.

Sərbəst güləşçilərdən Teymur Məmmədov (66 kq) qızıl, Murad Süleymanov (74 kq) gümüş, yunan-Roma güləşçilərindən Nofəl Babayev (50 kq) qızıl, Cavid Feyziyev (120 kq) gümüş, Mikayıl Rəhmanov (55 kq) və Kərim Cəfərov (60 kq) bürünc, gənc qızlardan isə Səbirə Əliyeva (72 kq) qızıl, Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) bürünc medala yiyələniblər.

Komanda hesabında sərbəst güləş yığmamız 3-cü yeri tutub.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edib.

Son xəbərlər

Orphus sistemi