​Azərbaycan gimnastları İsveçdə 3 medal qazanıb

​Azərbaycan gimnastları İsveçdə 3 medal qazanıb Medallardan 2-ni Dmitri Fedorovski əldə edib
Fərdi
18 May , 2015 11:36
​Azərbaycan gimnastları İsveçdə 3 medal qazanıb

Bakı. 18 may. REPORT.AZ/ İsveçin Göteborq şəhərində batut gimnastikası üzrə beynəlxalq "Frivolten Cup" turniri keçirilib. "Report"un Azərbaycan Gimnastikasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan idmançıları yarışda 3 medal qazanıb.

Medallardan ikisini Dmitri Fedorovski əldə edib. O, fərdi çıxışda gümüş, ikili minitrampda bürünc medala sahib olub. Daha bir gümüş medala isə qadınlar arasında fərdi çıxışda Sabina Zaytseva layiq görülüb.

Son xəbərlər

Orphus sistemi