​Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəlib

​Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəlib Dmitri Fedorovski isə beynəlxalq turnirdə bürünc medal qazanıb
Fərdi
2 Noyabr , 2015 09:32
​Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəlib

Bakı. 2 noyabr. REPORT.AZ/ Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə bu ilin son Dünya Kuboku mərhələsi başa çatıb. "Report"un məlumatına görə, 150-yə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan batut gimnastikası üzə yarışlarda həm kişi, həm də qadınlar arasında fərdi və sinxron çıxışlarda təmsil olunub.

Ən yaxşı nəticəni İlya Qrişunun göstərib. O, kişilər arasında fərdi çıxışlar üzrə finalda "bürünc"ün bir addımlığında dayanıb. Svetlana Makştarova isə qadınların yarışlarında finalçılar "8-liy"ini qapayıb.

Azərbaycanın kişi və qadın cütlüyü sinxron çıxışların finalında iştirak edib. Nəticədə İlya Qrişunin və Oleq Piunovdan ibarət kişi cütlüyü 6-cı, qadın cütlüyü – Svetlana Makştarova və Sabina Zaytseva isə 7-ci yerdə qərarlaşıb.

Dünya Kuboku ilə paralel olaraq, Loledə beynəlxalq turnir də keçirilib. Burada gimnast Dmitri Fedorovski ikili mini-batut üzərində yarışlarda bürünc medal qazanıb.

Qeyd edək ki, bu, batutçu və tamblinqçilərin 26 - 29 noyabrda Danimarkanın Odense şəhərində keçiriləcək dünya çempionatı öncəsi son turniri idi.

Son xəbərlər

Orphus sistemi