​Azərbaycan gimnastı Avropa üçüncüsü olub

​Azərbaycan gimnastı Avropa üçüncüsü olub Bu yer Azərbaycan tərəfinin etirazından sonra təmin edilib
Fərdi
3 May , 2015 19:52
​Azərbaycan gimnastı Avropa üçüncüsü olub

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan gimnastı Marina Durunda bədii gimnastika üzrə Avropa çempionatının bürünc medalını qazanıb.

"Report" xəbər verir ki, o, Azərbaycan nümayəndələrinin lentlə hərəkətlərin nəticələrinə etiraz etməsindən sonra üçüncü yerə layiq görülüb.

Azərbaycan tərəfinin etirazı təmin edilib və əvvəlcə mükafatçılar sırasına düşməyən Marina nəticələrə yenidən baxıldıqdan sonra üçüncü olub.

O, yekunda 18,000 bal toplayıb. Marina üçüncü yerdən dördüncü yerə keçirilən Belarus idmançısı Yekaterina Qalkinanı (17,950) qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi