Rüstəm Orucov: "Rəqibi yaxına buraxdım və ona görə də qızıl medal götürə bilmədim"

Rüstəm Orucov: "Rəqibi yaxına buraxdım və ona görə də qızıl medal götürə bilmədim" Azərbaycan cüdoçusu Qran Pridə qızıl medal qazana bilməməsinin səbəbini açıqlayıb
Fərdi
22 Noyabr , 2015 00:42
Rüstəm Orucov: Rəqibi yaxına buraxdım və ona görə də qızıl medal götürə bilmədim

Bakı. 22 noyabr. REPORT.AZ/ “Çox güclü yarış keçdi. Bu Qran Pri olimpiyadaya 300 xal verirdi. Rəqiblərin hamısı ciddi hazırlaşıb gəlmişdilər". "Report"un məlumatına görə, bunu Çinin Tsindao şəhərindəki Qran Pridə 73 kq çəki dərəcəsində gümüş medal qazanmış Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

24 yaşlı idmançı qızıl medal qazana bilməməsinin səbəbini baş məşqçi Peter Zayzenbaxerin tapşırığına əməl etməməsi ilə əlaqələndirib: "Qızıla çox yaxın idim, bir balaca səhvim oldu və ona görə məğlub oldum. Baş məşqçim mənə yaxından güləşməmək tapşırığı vermişdi. Amma bir anlıq boşaldım. Rəqibi yaxına buraxdım və ona görə də qızıl medal götürə bilmədim".

Tsindaodakı Qran Prinin təşkilatçılığından razılıq ifadə edən Orucov hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb. O, gələn həftə mübarizə aparacaqları Koreya Qran Prisi üçün çəkisini sabit saxlamağa çalışdığını söyləyib: "Bir həftə sonra növbəti yarışdır və orada da uğur qazanacağıma inanıram”.

Son xəbərlər

Orphus sistemi