Azərbaycan cüdoçusu Qran Pridə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Qran Pridə gümüş medal qazanıb Rüstəm Orucov üçüncü medalın sahibi olub
Fərdi
21 Noyabr , 2015 14:16
Azərbaycan cüdoçusu Qran Pridə gümüş medal qazanıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Çinin Tsindao şəhərində keçirilən cüdo üzrə Qran Pridə Azərbaycan milli komandası daha bir medal qazanıb. "Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov ikinci yarış günündə gümüş medala sahib olub.

24 yaşlı idmançı ardıcıl olaraq, ispaniyalı Kiyoşi Uematsu, çinli Yinjiriqala Say, qazaxıstanlı Dastan İkibayev və hollandiyalı Dirk van Tixelti yendikdən sonra finala adlayıb. Həlledici görüşdə onun qarşısını yaponiyalı Soişi Haşimoto ipponla kəsib.

81 kq çəkidəki Abdulhaqq Rəsullu ilk 2 görüşündə özbəkistanlı Şahzod Sobirov və qazaxıstanlı Yernazar Xamzini yensə də, 1/8 finalda monqolustanlı Uqanbatar Otqonbatara uduzaraq, mübarizəni dayandırıb. Eyni çəkidəki Hüseyn Rəhimli isə elə ilk görüşdəcə cənubi koreyalı Huy-Junq Liyə yenilib.

Qeyd edək ki, ilk yarış günündə İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal qazanıb. Qran Priyə noyabrın 22-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi