Azərbaycan cüdoçusu "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb Milli komandamızın qazandığı medalların sayı 4-ə yüksəlib
Fərdi
1 Noyabr , 2014 18:06
Azərbaycan cüdoçusu Böyük dəbilqə turnirində bürünc medal qazanıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirində Azərbaycan millisi daha bir medal qazanıb. "Report"un məlumatına görə, bu gün 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov bürünc medal əldə edib.

Orucov ilk görüşündə çinli Jinjiriqala Sai üzərində təmiz qələbə qazanıb. Növbəti mərhələdə o, kanadalı Artur Marqelidonu ipponla məğlub edərək 1/8 finala yüksəlib. Burada Azərbaycan idmançı sloveniyalı Rok Draksiçlə məğlub olub. Təsəlliverici görüşlərin birincisində həmyerlimizin rəqibi Uqo Leqrand olub. Fransalı cüdoçunu mübarizədən kənarlaşdıran Orucov son görüşündə də şimali koreyalı Honq Kuk Hyona ipponla qalib gələrək bürünc medal qazanıb.

Bu gün tatamiyə çıxan digər azərbaycanlı cüdoçu Abdulhaqq Rəsullu (81 kq) isə ilk görüşündə macarıstanlı Laslo Çokniaiyə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində artıq 4 medal var. Oktyabrın 31-də Orxan Səfərov (60 kq) qızıl, Tərlan Kərimov (66 kq) gümüş, İlqar Müşkiyev (60 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi