Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1 idmançısı isə qızıl medal uğrunda mübarizəni davam etdirir.
Fərdi
27 Aprel , 2024 17:38
Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1-i isə qızıl medal uğrunda mübarizəni davam etdirir.

“Report” xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Elcan Hacıyev finala vəsiqə qazanıb. Onu qızıl medaldan Kristian Totla (Macarıstan) görüş ayırır.

90 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Murad Fətiyev və Zelim Kotsoyev (100kq) isə yarımfinala qədər irəliləyiblər.

Lakin idmançılarımız həlledici mərhələyə gedən yolda uduzduqları üçün bürünc mükafat uğrunda yarışacaqlar.

Murad Fətiyev Laşa Bekauri (Gürcüstan), Zelim Kotsoyev isə Maykl Korrell (Niderland) ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi