Azərbaycan cüdoçuları Afrika açıq çempionatında iştirak edəcəklər

Azərbaycan cüdoçuları Afrika açıq çempionatında iştirak edəcəklər Martın 12-13-də Kasablanka şəhərində Afrika açıq çempionatı keçiriləcək
Fərdi
9 Mart , 2016 08:05
Azərbaycan cüdoçuları Afrika açıq çempionatında iştirak edəcəklər

Bakı. 9 mart. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan millisi daha bir turnirdə qüvvəsini sınayacaq.

"Report"-un məlumatına görə, cüdoçularımız martın 12-13-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək Afrika açıq çempionatında təmsil olunacaqlar. Peter Zayzenbaher burada əsasən gənc heyətə şans verəcək.

Avstriyalı mütəxəssis Kasablankada Mehman Sadıqov, Oruc Vəlizadə, Rasim Əlməmmədov, Murad Heydərli (dördü də 60 kq), Tərlan Kərimov, İlkin Babazadə, Telman Vəliyev (hər üçü 66 kq), Fəqan Quluzadə, Elvin Mustafayev, Hidayət Heydərov (hər üçü 73 kq), Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hər üçü 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Cəlil Şükürov (100 kq) və Uşanqi Kokaurini (100 kq) sınaqdan keçirəcək.

Qeyd edək ki, çempionata ümumilikdə 59 ölkədən 326 (212 kişi, 114 qadın) idmançı qatılacaq.

Son xəbərlər

Orphus sistemi