Azərbaycan boksçusu Bolqarıstanda qızıl medal qazanıb

Azərbaycan boksçusu Bolqarıstanda qızıl medal qazanıb Yelena Vistropova kanadalı və ispaniyalı rəqiblərini məğlub edib
Fərdi
19 Noyabr , 2015 18:04
Azərbaycan boksçusu Bolqarıstanda qızıl medal qazanıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə qadınlar arasında "Balkan Cup" turnirinə yekun vurulub. "Report"un məlumatına görə, yarışda Azərbaycan təmsilçisi Yelena Vıstropova qızıl medal qazanıb. 

69 kq çəki dərəcəsində yer alan 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı yarımfinalda kanadalı, finalda isə ispaniyalı rəqiblərini məğlub edib.

Qeyd edək ki, turnirdə İngiltərə, Fransa, İtaliya, Ukrayna, Bolqarıstan, Vyetnam, Kanada, Avstraliya, Yaponiya, Mərakeş, Əlcəzair kimi ölkələrin təmsilçiləri mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi