Azərbaycan boksçusu Avropa çempionatında erməni rəqibini məğlub edib

Azərbaycan boksçusu Avropa çempionatında erməni rəqibini məğlub edib Qitə çempionatında ilk medal təmin olunub
Fərdi
4 Noyabr , 2014 12:00
Azərbaycan boksçusu Avropa çempionatında erməni rəqibini məğlub edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanın boks üzrə yeniyetmələrdən ibarət milli komandası Rusiyanın Anapa şəhərində davam edən Avropa çempionatında ilk medalını təmin edib. "Report"un məlumatına görə, 80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev 1/4 finalda litvalı Marek Korolkovu nokautla üstələyib.

Boks qaydalarına əsasən, yarımfinala yüksələn idmançılar avtomatik olaraq, ən azı bürünc medalı təmin edirlər.

Milli komandanın digər boksçularına gəldikdə, Ruslan Rüstəmovun (46 kq) qələbəsi daha əlamətdar olub. Rüstəmov 1/8 finalda Ermənistan boksçusu Jirayr Sargeyana qalib gəlib – 3:0. Məlik Həsənov (48 kq), Rasim Çobanlı (70 kq) və Hacı Dilbazov (75 kq) da növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 8-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi