​Azərbaycan atleti uzunluğa tullanma üzrə dünya çempionu olub

​Azərbaycan atleti uzunluğa tullanma üzrə dünya çempionu olub Kamil Əliyev Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb
Fərdi
25 Oktyabr , 2015 12:31
​Azərbaycan atleti uzunluğa tullanma üzrə dünya çempionu olub

Bakı. 25 oktyabr. REPORT.AZ/Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək çempion adına layiq görülüb.

"Report" Komitəyə istinadən xəbər verir ki, K.Əliyev “Rio de Janeyro-2016” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

Son xəbərlər

Orphus sistemi