Azər Məhərrəmov Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilib

Azər Məhərrəmov Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilib Gənclər və idman naziri Azad Rəhimov ona uğurlar arzulayıb
Fərdi
4 Sentyabr , 2015 14:58
Azər Məhərrəmov Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Milli Olimpiya Komitəsində Azərbaycan Triatlon Federasiyasının (ATF) İcraiyyə Komitəsinin iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda "Azəridmanservis" Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov ATF prezidenti vəzifəsinə seçilib. 

A.Məhərrəmov bunadək federasiyanın icraçı direktoru olub. O, çıxışında ATF-in 2013-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra nailiyyətlərə imza atdığını vurğulayıb. Yeni federasiya prezidenti I Avropa Oyunlarında bürünc medal qazanmış Rostislav Pevtsovun hazırda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa və Azərbaycanın ilk dəfə triatlon növündə olimpiadada təmsil edilməyə yaxın olduğunu vurğulayıb. 

Tədbirə qatılan gənclər və idman naziri Azad Rəhimov velosiped idmanı, üzgüçülük və qaçış növlərini özündə birləşdirən triatlonu elitar növ kimi dəyərləndirib. O, A.Məhərrəmova gələcək fəaliyyətində də uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi