​Azərbaycanın idman klublarından biri ləğv olunub

​Azərbaycanın idman klublarından biri ləğv olunub Bu barədə Vergilər Nazirliyindən bildirilib
Fərdi
10 Fevral , 2016 12:24
​Azərbaycanın idman klublarından biri ləğv olunub

Bakı. 10 fevral. REPORT.AZ/ AZAL İdman Klubu ləğv olunub. "Report"un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən AZAL İdman Klubuna ünvanlaya bilərlər.

Klub Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının bazası sayılırdı. Burada digər növlər üzrə bölmələr də fəaliyyət göstərirdi. AZAL fəaliyyətini 2014-cü ilin aprelində dayandırmışdı. Səbəb kimi klubda məşğul olan çoxlu sayda ağırlıqqaldıranın dopinq-testdən keçə bilməmələri göstərilmişdi. Klubun direktoru İsgəndər Əsgərov idi. 

Qeyd edək ki, AZAL idman klubunun ləğvinə baxmayaraq, eyniadlı futbol klubu fəaliyyətini davam etdirir. Futbol komandası ev oyunlarını "AZAL Arena"da keçirir. 

Son xəbərlər

Orphus sistemi